Azərbaycan Radiosundan 100 yaşlı Qazax Radiosuna təbrik

Azərbaycan Radiosundan 100 yaşlı Qazax Radiosuna təbrik

29 Sentyabr, 11:30 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimov Qazax Radiosunun yaranmasının 100 illiyi münasibətilə radionun rəhbərliyinə və kollektivinə təbrik ünvanlayıb.

95 yaşlı Azərbaycan Radiosu adından göndərilən təbrikdə bu günün Qazax xalqının qürur günü olduğu qeyd edilib.

Vurğulanıb ki, hər iki radio ana dilinin inkişafında, mədəniyyətin, ədəbiyyatın təbliğində, həmrəylik ideyalarının yayılmasında əvəzsiz rol oynayıblar.

Təbrikdə sözügedən radionun tanınmış səs sahiblərinin adları sadalanıb, onların cəfakeşliyi xüsusi qeyd olunub.

60 adda veriliş yayımlayan radionun “Qızıl fond”unda yüzlərlə korifeyin səs yazısının olduğuna diqqət çəkilib.

Yaxın gələcəkdə Azərbaycan və Qazax Radiosunun birgə proqramlarla efirə çıxmasının nəzərədə tutulduğu vurğulanıb.

Qeyd edək ki, Qazax Radiosu 1921-ci il 29 sentyabrda yaradılıb. Qazaxıstan Respublikası Televiziya və Radio Verilişləri Kompaniyasının tərkibinə daxildir.

CANLI YAYIM