İtaliyanın dövlət televiziya kanalında Qarabağ barədə reportaj yayımlanıb

İtaliyanın dövlət televiziya kanalında Qarabağ barədə reportaj yayımlanıb

1 Noyabr, 11:02 Sosial mediada paylaşın:

“Azərbaycanın Qarabağı tədricən bərpa olunur və nəhəng tikinti zonasına çevrilir”.

Bu fikirlər İtaliyanın dövlət televiziya kanalında Qarabağda geniş quruculuq işlərinə həsr olunan reportajda səslənib.

Bildirilib ki, rekord müddətdə - sadəcə 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı tikilib, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açılışı həyata keçirilib. Reportajda o da qeyd olunub ki, 2021-ci il üçün Azərbaycan hökuməti regionda quruculuq işlərinə bir milyard avro ayırıb, lakin bu rəqəmin 2025-ci ildə 5 qat artırılması planlaşdırılır.

Telekanalın əməkdaşı Şuşa şəhərindən də təəssüratlarını bölüşüb. “Qarabağın “ürəyi” Şuşada yeni salınmış yolda yerləşən bu evə daxil oluruq, hansı ki azərbaycanlıların şərabçılıq evi olub, sonra uzun müddət ermənilər tərəfindən işğal edilib” deyən italiyalı jurnalist dünyaca məşhur tenor Bülbülün də ev muzeyi barədə məlumatları çatdırıb.

CANLI YAYIM