Türkiyə lirəsi rekord səviyyədə ucuzlaşdı

Türkiyə lirəsi rekord səviyyədə ucuzlaşdı

18 Noyabr, 10:51 Sosial mediada paylaşın:

Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 4% azalaraq 0,1565 manata enib.

Azərbaycan Mərkəzi Bankının göstəricilərinə görə, bu, yeni tarixi minimum hesab edilir.

Son bir ayda isə lirənin manata qarşı məzənnəsi 11 faizdən çox azalıb.

Qeyd edək ki, hazırda 1 dollar 10,84 lirədir. Analitiklər ucuzlaşmanın davam edəcəyini proqnozlaşdırırlar.

CANLI YAYIM