Kəlbəcərdə ağacəkmə aksiyası

Kəlbəcərdə ağacəkmə aksiyası

25 Noyabr, 17:40 Sosial mediada paylaşın:

Kəlbəcər şəhərinin işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Aksiya Kəlbəcər şəhərinin mərkəzi və ətraf əraziləri daxil olmaqla 5 istiqamətində həyata keçirilib. “Yaşıl marafon” layihəsinin davamı olan bu aksiya Ekologiya və Təbii Sərvətlər, Müdafiə nazirliklərinin təşkilatçılığı ilə baş tutub.

Layihə çərçivəsində 2100-dən çox ting əkilib, 500 kq-dan artıq palıd qozasının toxumundan istifadə edilib.

Kampaniyanın məqsədi ermənilərin 30 ilə yaxın həyata keçirdikləri ekoloji terrorunun fəsadlarını aradan qaldırmaqdır.

Yaşıllaşdırma kampaniyası işğaldan azad olunan digər ərazilərdə də keçiriləcək. Prosesin sürətli icrasını təmin etmək üçün  Qarabağın ayrı-ayrı yerlərində tingliklər salınacaq.

CANLI YAYIM