“Yeni döyüş tapşırıqlarının icrasına hər an hazır olun!” - Göstəriş verildi

“Yeni döyüş tapşırıqlarının icrasına hər an hazır olun!” - Göstəriş verildi

26 Noyabr, 12:39 Sosial mediada paylaşın:

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.

Müdafiə Nazirliyinin məlumatına görə, yeni yaradılan əməliyyat-komando hərbi hissəsində şəxsi heyətə beretlər təqdim olunub. “Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirənlərə beretlər təqdim olunduqdan sonra şəxsi heyət “Komando andı” nı qəbul edib.

Müdafiə naziri Zakir Həsənov hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan “Komando hazırlığı” kurslarının əhəmiyyətini xüsusi vurğulayıb.

Şəxsi heyətə Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni döyüş tapşırıqlarının icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verilib. Əməliyyat qruplarının fiziki hazırlıq üzrə nümunəvi çıxışları da olub.

CANLI YAYIM