Prezident İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb

Prezident İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb

28 Noyabr, 16:22 Sosial mediada paylaşın:

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşü olub.

Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin məmnunluq doğurduğu qeyd edilib. İqtisadi-ticari münasibətlərin genişləndirilməsi, nəqliyyat imkanlarının nəzərdən keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

CANLI YAYIM