Yol polisi sürücü və piyadaları ehtiyatlı olmağa çağırıb

Yol polisi sürücü və piyadaları ehtiyatlı olmağa çağırıb

13 Yanvar, 12:15 Sosial mediada paylaşın:

Yanvarın 14-15-də paytaxtda hava şəraitinin dəyişəcəyi və bəzi yerlərdə qar yağacağı ehtimal edilir.

Bakı Şəhər Baş Polis İdarəsi havanın qeyri-sabit keçəcəyini nəzərə alaraq yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz hallarla bağlı sürücü və piyadaları ehtiyatlı olmağa çağırıb. Yarana biləcək tıxacın qarşısının alınması üçün yol polisi gücləndirilmiş iş rejimində çalışacaq. Nəqliyyatın hərəkətinin sıx olduğu yerlərdə müvafiq tədbirlər həyata keçiriləcək.

Sürücülərə avtomobili sürətlə idarə etməmələri, avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirmələri, yaxın vuran işıqlardan istifadə etmələri tövsiyə olunur. Piyadalardan səkilərlə, onlar üçün nəzərdə tutulmuş keçidlərlə hərəkət etmələri xahiş olunur.

CANLI YAYIM