Milli Məclisin komitə iclasları başlayır

Milli Məclisin komitə iclasları başlayır

18 Yanvar, 10:35 Sosial mediada paylaşın:

Bu gündən Milli Məclisin yaz sessiyası çərçivəsində komitə iclasları başlayır.

Hazırda parlamentin Elm və təhsil komitəsinin toplantısı keçirilir. Deputatlar əvvəlcə komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planını və ötən sessiyada görülən işlərin hesabatını müzakirə edəcəklər. Daha sonra isə cari məsələlər ətrafında fikir və təkliflərini söyləyəcəklər.

Bu gün eyni zamanda, parlamentin Regional məsələlər komitəsinin də ilk iclası baş tutacaq. Toplantıda Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabatı dinləniləcək, yaz sessiyası üçün iş planı müzakirə olunacaq.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılmışdı.

CANLI YAYIM