“Sabah şənbə idi...” – AzTV-dən daha bir sənədli film

“Sabah şənbə idi...” – AzTV-dən daha bir sənədli film

18 Yanvar, 16:43 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyası 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar daha bir sənədli film hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, film “Sabah şənbə idi...” adlanır.

Kinoproqramlar və dublyaj redaksiyasının istehsalı olan filmdə yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələrin şahidləri danışırlar. Onların arasında hadisələrin birbaşa iştirakçısı olmuş metro işçisi (maşinist), həkim, gülçü də var.

Kinooperator, Əməkdar incəsənət xadimi Rafiq Quliyev, Xalq rəssamı Xanlar Əhmədov, həkim Yeganə Şıxəliyeva filmdə müsahibəsinə yer verilən şəxslərdəndir.

Bundan başqa, “Sabah şənbə idi...” sənədli filmində 1990-cı il yanvarın 19-dan 20-nə keçən anadan olmuş Vətən müharibəsi iştirakçısının da müsahibəsi yer alıb.

Filmin rejissoru Vasif Məmmədzadə, müəllifi Sevda Ağazadə, operatorları isə Kamran Soduyev və Cavid Əliyevdir.

CANLI YAYIM