Manatın məzənnəsi ilə bağlı proqnoz

Manatın məzənnəsi ilə bağlı proqnoz

22 Yanvar, 11:12 Sosial mediada paylaşın:

S&P beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini "BB+/B" səviyyəsində, uzunmüddətli reytinqlər üzrə proqnozu isə "Stabil" səviyyədə təsdiqləyib.

Agentliyin məlumatına görə, proqnozun sözügedən səviyyədə təsdiq olunması Qarabağ müharibəsinin bitməsi ilə üçtərəfli atəşkəs razılaşmasının imzalanması, həmçinin əlverişli karbohidrogen qiymətləri və artan qaz ixracının Azərbaycanın bu il fiskal və tədiyə balansını dəstəkləyəcəyi ilə əsaslandırılır. Agentlik Azərbaycan manatının məzənnəsi ilə bağlı proqnozunu açıqlayıblar. Bildirilib ki, Azərbaycan manatın məzənnəsini sabit saxlayacaq.

Agentliyin analitiklərinin fikrincə, məzənnə xarici valyuta bazarına müntəzəm müdaxilələr ilə dəstəklənəcək. Agentliyin son proqnozuna görə, bu il Azərbaycanda istehlak qiymətlərinin orta artımı 6,5% təşkil edəcək. 2023-cü ildə ortaillik inflyasiyanın 4,5% təşkil edəcəyi, 2024-2025-ci illərdə isə 3%-ə qədər yavaşlayacağı proqnozlaşdırılır.

CANLI YAYIM