Bu gün “Yüksəliş” müsabiqəsinin qalibləri “Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında nitq mədəniyyəti dərsi ilə tanış olublar.
AzTV-nin sədr müavini, diktor, Azərbaycanın Əməkdar artisti Rafiq Həşimov müsabiqə qaliblərinə nitqdə intonasiya, pauza və məntiqi vurğunun gözlənilməsinin önəmindən danışıb.
Müsabiqə qalibləri növbəti həftədən nitq mədəniyyətindən keçilən dərslərdə iştirak edəcək. Dərslər Rafiq Həşimov tərəfindən tədris ediləcək.