AzTV-də “Muğam” müsabiqəsi ilə bağlı toplantı

AzTV-də “Muğam” müsabiqəsi ilə bağlı toplantı

17 Mart, 14:21 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də AzTV-də start götürəcək “Muğam” müsabiqəsi ilə bağlı toplantı keçirilib.

Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, iclasda QSC sədri Rövşən Məmmədov, “Muğam” müsabiqəsinin münsiflər heyəti iştirak edib.

Xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova və Əməkdar mədəniyyət işçisi İlqar Fəhminin qatıldığı toplantıda müsabiqə ilə bağlı müzakirələr aparılıb.

CANLI YAYIM