ABŞ və Türkiyə Prezidentləri Co Bayden və Rəcəb Tayyib Ərdoğan bu gün Brüsseldə danışıqlar aparacaqlar.
İki liderin görüşü NATO-nun Brüsseldə keçiriləcək fövqəladə sammiti çərçivəsində keçiriləcək. ABŞ və Türkiyə liderləri ilk növbədə Ukrayna hadisələrini müzakirə edəcəklər.
Türkiyə liderinin NATO-nun Baş katibi, Fransa Prezidenti, Britaniyanın Baş naziri və Almaniya kansleri ilə də danışıqlar aparacağı gözlənilir.
Xatırladaq ki, danışıqların və sammitin əsas mövzusu Ukrayna ətrafındakı vəziyyətdir.