Aprel döyüşlərində ölən ermənilərin ailələri Paşinyanın qəbiristanlığa gəlişinə etiraz etdilər

Aprel döyüşlərində ölən ermənilərin ailələri Paşinyanın qəbiristanlığa gəlişinə etiraz etdilər

2 Aprel, 16:15 Sosial mediada paylaşın:

Aprel döyüşlərində 1200-ə yaxın itki verən Ermənistan hələ də məğlubiyyətinin günahkarlarını axtarır.

Ermənistan parlamentində Aprel döyüşlərində məğlubiyyətin səbəbləri ilə bağlı araşdırma aparan komissiyanın sədri Andranik Koçaryan ovaxtkı Prezident Serj Sarkisyan, keçmiş Müdafiə Naziri Seyran Ohanyan və həmin vaxt silahlı qüvvələrin Baş Qərargah rəisi vəzifəsində çalışmış Yuri Xaçaturovu məğlubiyyətin əsas günahkarları kimi təqdim edib və hər üçünün gec-tez qanun qarşısında cavab verməli olacaqlarını deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan və ölkənin müdafiə naziri Suren Papikyan Aprel döyüşlərində ölən hərbçilərin İrəvandakı qəbiristanlığına gəliblər. Yerli mətbuatın verdiyi məlumata görə, döyüşlərdə ölən və xəsarət alanların yaxınları qəbirstanlığa toplaşaraq Baş nazirin gəlişinə etiraz ediblər. Bu səbəbdən Paşinyan və onu müşaiyət edənlər məzarlığa arxa qapıdan girməyə məcbur olublar. Onları qəzəbli kütlədən qorumaq üçün əraziyə xeyli sayda polis və hərbçi cəlb edilib.

Ermənistan silahlı qüvvələrinin ayrı-ayrı ordu birləşmələrində aparılan istintaq araşdırmalarının ilkin mərhələsi də yekunlaşıb. Ermənistanın keçmiş müdafiə naziri Tonoyanın əməllərində yeni şübhəli cinayətlər üzə çıxdığı üçün məhkəmənin qərarı ilə onun həbs müddəti daha 3 ay uzadılıb. Onunla yanaşı, fərarilər ordusunun generalları Stepan Qalstyan və Avedik Muradyan da daha 3 ay həbsdə qalacaqlar.

CANLI YAYIM