Daha 247 mina aşkarlandı

Daha 247 mina aşkarlandı

11 Aprel, 16:34 Sosial mediada paylaşın:

İşğaldan azad edilən ərazilərdə ötən həftə 247 mina aşkarlanıb.

Minatəmizləmə Agentliyindən verilən məlumata görə, aprelin 4-dən 9-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 106 piyada və 141 tank əleyhinə mina, 156 partlamamış hərbi sursat aşkarlanıb. Ümumilikdə 237 hektar ərazi təmizlənib.

CANLI YAYIM