Şuşada növbəti “Xarıbülbül” festivalı başlayır

Şuşada növbəti “Xarıbülbül” festivalı başlayır

12 May, 11:11 Sosial mediada paylaşın:

Bu gündən Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başlayır.

Festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.

İlk dəfə 1989-cu ildə keçirilən və Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilən festival Vətən müharibəsində qazanılan parlaq zəfər nəticəsində 30 illik fasilədən sonra ötən ilin 12-13 may tarixlərində Şuşada, Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə təşkil olunub.

Festivalın hər dəfə may ayında təşkili təsadüfi deyil. Çünki həmin ay Şuşada xarıbülbülün çiçəklənmə dövrüdür.

Beynəlxalq statusu olan, müxtəlif ölkələrdən musiqi qruplarına ev sahibliyi edən “Xarıbülbül” festivalı böyük əhəmiyyətə malikdir. Şuşada festivalların keçirilməsi, şəhərin Azərbaycanın və  türk dünyasının mədəniyyət paytaxtı elan olunması siyasi mesajdır. Qarabağın yenidən mədəniyyət mərkəzinə çevrilməsi, incəsənətin, musiqinin aid olduğu yerə qaytarılması kimi qiymətləndirilən festival mayın 14-dək davam edəcək. 

CANLI YAYIM