Koronavirusa qarşı neçə nəfər peyvəndlənib?

Koronavirusa qarşı neçə nəfər peyvəndlənib?

12 May, 19:50 Sosial mediada paylaşın:

Azərbaycanda son sutkada koronavirus əleyhinə 3799 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 421 nəfər təşkil edir. İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı 398, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2679 nəfərə bərabərdir. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 301 nəfərdir. Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 678 min 248, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 342 min 858, ikinci mərhələ üzrə 4 milyon 843 min 153, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 249 min 884, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 242 min 353-dür.

CANLI YAYIM