Son sutkada bir nəfər COVID-19-dan vəfat edib: 5 yoluxma faktı qeydə alınıb

Son sutkada bir nəfər COVID-19-dan vəfat edib: 5 yoluxma faktı qeydə alınıb

18 May, 18:02 Sosial mediada paylaşın:

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 5 yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 792 min 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 933 nəfər müalicə olunaraq sağalıb, 9 min 710 nəfər vəfat edib. Aktiv xəstə sayı 42 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 919, bu günə qədər isə ümumilikdə 6 milyon 862 min 217 test icra olunub.

CANLI YAYIM