Azərbaycanda bir gündə koronavirus əleyhinə 3 min dozadan çox vaksin vurulub

Azərbaycanda bir gündə koronavirus əleyhinə 3 min dozadan çox vaksin vurulub

18 May, 18:09 Sosial mediada paylaşın:

Mayın 18-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3 min 808 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 350, ikinci doza vaksinlərin sayı - 800, üç və daha çox doza vaksinlərin sayı – 2 min 377, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 281-dir. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 694 min 986, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 344 min 556, ikinci mərhələ üzrə 4 milyon 845 min 334, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 261 min 409, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 243 min 687-dir.

CANLI YAYIM