Azərbaycana daha 14 ölkədən uçuşlara icazə verildi

Azərbaycana daha 14 ölkədən uçuşlara icazə verildi

20 May, 11:34 Sosial mediada paylaşın:

Bu gündən Azərbaycana daha 14 ölkədən uçuşlara icazə verilib.

Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Qərarında dəyişikliyə əsasən, hava nəqliyyatı vasitəsilə Bolqarıstan, Şimali Makedoniya, Paraqvay, Qvatemala, Cənubi Afrika Respublikası, Misir, Butan, Laos, Livan, Mavriki, Myanma, Nepal, Şri-Lanka və Vyetnam vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan, habelə vətəndaşlığı olmayanların Azərbaycana giriş-çıxışına icazə verilir. 

CANLI YAYIM