Prezident Administrasiyasında Ağ Partiyasının sədri ilə görüş keçirilib

Prezident Administrasiyasında Ağ Partiyasının sədri ilə görüş keçirilib

23 May, 16:55 Sosial mediada paylaşın:

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən siyasi dialoq prosesi çərçivəsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Ağ Partiyanın sədri Tural Abbaslı ilə görüşüb.

Görüşdə şöbə müdiri Ədalət Vəliyev dövlət başçısı tərəfindən aparılan sistemli islahatların bütün sahələri əhatə etdiyini deyib. Ölkəmizdə fəaliyyət göstərən partiyalarla hakimiyyət arasında və partiyalar arasında daha da inkişaf edən siyasi dialoq mədəniyyətinin dövlətimizin güclənməsinə, xalqımızın rifahına böyük töhfələr verəcəyi bildirilib. İqtidar-müxalifət siyasi dialoqunun yeni formatlarda davam etdirilməsi və bununla bağlı yeni təkliflərin dəyərləndirilməsinin əhəmiyyəti vurğulanıb. 

CANLI YAYIM