“Formula 1” ilə əlaqədar bəzi yollar bağlanıb

“Formula 1” ilə əlaqədar bəzi yollar bağlanıb

6 İyun, 10:23 Sosial mediada paylaşın:

“Formula 1” üzrə Azərbaycan qran-prisi ilə əlaqədar bu gecə saat 01:00-dan etibarən Bakı şəhər halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Məhdudiyyət 3 zonada tətbiq edilir. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsininin keçdiyi ərazidir. Yarış günlərində bu ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “yaşayış yerinə giriş icazəsi” veriləcək. Bu zonalarda yaşayan və ya əmək fəaliyyəti ilə məşğul olan sürücülər xüsusi icazə almalıdır.

Piyadalar Bakı şəhər halqası ətrafında, Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, Xaqani və Rəşid Behbudov küçələrinin, Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişməsində müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər.

Qeyd edək ki, Azərbaycan qran-prisi iyunun 10-12-də olacaq. Yarış İdman TV vasitəsilə canlı yayımlanacaq.

CANLI YAYIM