Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə mübarizə aparacaq

Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə mübarizə aparacaq

6 İyun, 11:04 Sosial mediada paylaşın:

Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçiriləcək.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov 6-cı turda turda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə mübarizə aparacaq. Digər şahmatçımız Teymur Rəcəbov isə bolqarıstanlı Veselin Topalov ilə görüşəcək.

Qeyd edək ki, ötən beş turun nəticəsinə görə, Ş.Məmmədyarov 8,5 xalla 10 iştirakçı arasında 4-cü pillədədir. Teymur Rəcəbov isə 3 xalla doqquzuncu yerdə qərarlaşıb.

“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.

CANLI YAYIM