“Formula 1” bu gün başlayır

“Formula 1” bu gün başlayır

10 İyun, 10:03 Sosial mediada paylaşın:

Bu gün milyonlarla insanın diqqəti paytaxt Bakıya yönəlib.

Bu dəqiqələrdə "Formula 1" və "Formula 2" üzrə Azərbaycan qran-prisinə start verilir. Azarkeşlər 3 illik fasilədən sonra qran-prini tribunalardan izləyə bilirlər. Yarışın bugünkü proqramına əsasən, "Formula 1"də iki sərbəst yürüş, "Formula 2"də isə sərbəst yürüş və sıralama turu gerçəkləşəcək. Azərbaycan qran-prisi iyunun 12-də başa çatacaq. Yerli azarkeşlərin də böyük maraq göstərdiyi bu yarışı tamaşaçı qismində xeyli sayda xarici turist də izləyir. Azərbaycan qran-prisini dünyanın bir sıra nüfuzlu idman televiziya kanalları vasitəsilə izləmək imkanı var. “Formula 1” yarışlarının tamaşaçı auditoriyası 1,5 milyard nəfərə yaxındır. Azərbaycanda isə “Formula 1” yarışları “İdman TV” vasitəsilə canlı yayımlanır.

CANLI YAYIM