AzTV-nin qazi əməkdaşlarına və şəhid ailələrinə bayram sovqatı verildi

AzTV-nin qazi əməkdaşlarına və şəhid ailələrinə bayram sovqatı verildi

24 İyun, 17:44 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşı olan 70 qaziyə və şəhid olmuş əməkdaşların ailələrinə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bayram sovqatı təqdim olunub.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsi və QSC-nin Həmkarlar İttifaqı Komitəsi bu bayram ərəfəsində həm Birinci, həm də İkinci Qarabağ müharibəsində iştirak etmiş əməkdaşları və şəhid ailələrini yad edib.

Qazilər və şəhid ailələri dövlətin hər zaman onlara diqqət göstərdiyini bildirib, bayram sovqatı üçün təşəkkür ediblər.

CANLI YAYIM