Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşdü

Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşdü

25 İyun, 11:20 Sosial mediada paylaşın:

Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşüb.

Avtobus Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən saat 07:00-da Füzuli istiqamətinə hərəkətə başlayıb. Reyslər həftədə hazırkı mərhələdə 1 dəfə olmaqla şənbə günləri təşkil edilir.

Bakı-Füzuli-Bakı marşrutu ilk dəfədir həyata keçirilir. İlkin mərhələdə sərnişinlər Merdinli kənd məscidi, Füzuli şəhər mərkəzi və Füzuli Beynəlxalq Hava Limanını ziyarət edə biləcəklər. Növbəti mərhələdə isə İbə piri, Qaraməmmədli bulağı, Qarğabazar Karvansaray kompleksi və Dövlətyarlı kəndinə də getmək mümkün olacaq. Bu il yanvarın 24-dən istifadəyə verilən müntəzəm avtobus marşrutları ilə indiyədək 200 reys həyata keçirilib, 8588 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.

CANLI YAYIM