Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib - SƏRƏNCAM

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib -SƏRƏNCAM

25 İyun, 14:15 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Zakir Samiddin oğlu Ağayevə

general-mayor Azər Əli oğlu Əliyevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Nicad Kamandar oğlu Qarayevə

polkovnik Akif Səməndər oğlu Pirverdiyevə

polkovnik Zaur Zeynalabdul oğlu Rüstəmova

polkovnik Eldəniz Telman oğlu Yəhyayevə

polkovnik Zaur İlham oğlu Zeynalova

“tibb xidməti general-mayoru” hərbi rütbəsi

tibb xidməti polkovniki Firudin İsaxan oğlu Nəbiyevə.

CANLI YAYIM