Şəkidə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə bağlı rəy sorğusu keçirildi - NƏTİCƏLƏR

Şəkidə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə bağlı rəy sorğusu keçirildi -NƏTİCƏLƏR

29 İyun, 17:30 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Analitik qrupu 2022-ci ilin növbəti rəy sorğusunu Şəkidə keçirib.

Sorğu 10 iyun tarixində təsadüfi seçilən 97 Şəki sakini arasında baş tutub.

“AzTV-də hansı proqram sizə daha maraqlı gəlir?” sualına 31 respondent “Muğam” müsabiqəsi cavabını verib. “AzTV Xəbər”ə maraq göstərənlər 29 nəfərdir.

Respondentlər arasında “Çöl adamı macəra axtarışında” və “Gün başladı” verilişini izləyənlər 17 nəfərdir.

Siyahıda 4-cü yeri “Tarixin izi ilə” verilişi tutur. Verilişi izləyənlər respondentlərin 16-sını təşkil edir.

5-ci yerdə isə 15 respondent səsi ilə “Belə-belə işlər” və “Şuşam mənim” verilişi qərarlaşıb.

“AzTV-də hansı efir simasını tanıyırsınız?” sualına cavab verənlərin 62-si “Muğam” müsabiqəsinin aparıcılarından biri Natəvan Osmanlının adını çəkib. Kamilə Babayeva 51, Nailə Babayeva 35, İlham Rəhimli 15, Dilarə Səlimlə Lalə Məmmədova 14 səs toplayıb.

“QSC-nin nəzdində fəaliyyət göstərən media subyektlərindən hansına daha çox vaxt ayırırsınız?” sualının cavabı isə aşağıdakı kimidir:

1.     Mədəniyyət TV – 48 səs

2.     AzTV – 40 səs

3.    Azərbaycan Radiosu (105 FM) – 11 səs

4.    İdman TV – 7 səs

AzTV-nin xəbər verilişlərinin ən çox izləniləni “AzTV Xəbər”in 20:00 buraxılışı olub. Respondentlərin 45-i gündəlik xəbərləri məhz bu buraxılışdan aldıqlarını deyiblər. “Xüsusi buraxılış”lar isə 16 respondent rəyi ilə ikinci yerdədir. «Новости» 12, “İqtisadiyyat xəbərləri” 10 respondentin seçimi olub.

“AzTV Xəbər”in 14:00 buraxılışına baxanlar isə 8 nəfər olub.

Respondentlər QSC-nin fəaliyyətini daha çox “YouTube”dan izləyir. Onların 28-i belə deyib. Respondentlərin 20-si qurumun fəaliyyətini “Facebook”dan, 18-i “Instagram”dan, 3-ü isə “Telegram”dan izlədiyini dilə gətirib. 33 respondent isə ümumiyyətlə sosial şəbəkələri izləmədiyini bildirib.

42 respondent deyib ki, AzTV-ni, əsasən, saat 20:00-22:00 aralığında izləyir. Saat 18:00-dan 20:00-a kimi izləyənlər isə 19 nəfər təşkil edir. 22:00-00:00, 10:00-12:00, 00:66-02:00 saat aralıqları da müvafiq olaraq AzTV-nin çox izlənilən vaxtlarıdır.

Respondentlərdən “Azərbaycan teleməkanında hansı layihələri AzTV-də görmək istəyərsiniz?” soruşulub. Cavablar aşağıdakı kimi olub:

1.       Maarifləndirici – 46 səs

2.       Təhsil – 40 səs

3.       Uşaq verilişləri – 27 səs

4.       Muğam və hərbi-vətənpərvərlik – 24 səs

5.       Əyləncəli – 19 səs

Respondentlərə “Mədəniyyət” kanalı ilə bağlı da suallar verilib.

Sözügedən kanalın ən çox maraq görən proqramları isə aşağıdakı kimidir:

1.   “Dərs saatı” – 20 səs

2.   “Mədəniyyət xəbərləri”, “Ovqat”, “Kəndimiz” – 17 səs

3.   “Musiqi inciləri”, “Klip saatı” – 14 səs

4.   “Harmoniya” – 12 səs

5.   “Vətənimiz Azərbaycan”, “Heykəllər danışsa” – 11 səs

Şəkidən olan respondentlər arasında Mədəniyyət TV-nin ən çox tanınan efir simaları:

1.   Rəşad İlyasov – 20 səs

2.    Nəcibə Əlixanova, Səyyarə Səyyaf – 18 səs

3.    Mehriban Zəki – 16 səs

4.    Emin Nəsirli, İlqar Fəhmi – 15 səs

5.    Flora Xəlilzadə, Səbinə Öz – 10 səs

Sorğu iştirakçıları İdman TV-nin ən tanınmış simaları siyahısını aşağıdakı kimi müəyyənləşdirib:

1.   Günay Novruzqızı – 26 səs

2.   Tural Məmmədli – 18 səs

3.   Könül Mahmudova – 11 səs

4.   İqbal Aslanov, Həcər Vəliyeva – 7 səs

5.   Fərid Ramazanov, Rəsul Məmmədli, Rəşad Rafiqoğlu, Vasif Acalov – 4 səs

“İdman” kanalının hansı verilişi sizə daha maraqlı gəlir?” sualına cavab verən respondentlərin 17-si “Şahmat klubu” cavabını verib.

16 nəfər sorğu iştirakçısı “İdman xəbərləri”ni izləyir. 11 respondent “Basketbol”a, 10-u “Sabahın ulduzları”na, 7-si isə “Bilinməyən mən”ə baxdığını deyib.

“105 FM-də hansı proqramı dinləyirsiniz?” sualına respondentlərin 23-ü “Gəl, səhərim” cavabını verib. Siyahı aşağıdakı kimi davam edir:

“Musiqi dünyası” – 19 səs

“Xəbərlər” – 11 səs

“Səs xəzinəmizdir” – 10 səs

“Qadın saatı” – 9 səs

Respondentlər arasında hansı xəbər müxbirini tanıdıqları ilə bağlı da sorğu keçirilib. Cavablar aşağıdakı kimidir:

1.       Leyla Abbasova – 14 səs

2.       Əli Səmədov – 13 səs

3.       Nigar Davudova – 9 səs

4.       Ülviyyə Heydərova – 8 səs

5.       Pərviz İmranoğlu – 7 səs

Qeyd edək ki, rəy sorğusunun nəticələri ilə əlaqədar təqdim etdiyimiz hesabat ixtisarla dərc olunub. Nəticələrin rəy çoxluğuna görə ilk beşlikdə yer tutanları açıqlanıb.

 

CANLI YAYIM