Koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

3 İyul, 18:08 Sosial mediada paylaşın:

İyulun 3-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1457 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 493, ikinci doza vaksinlərin sayı 168, üç və daha çox doza vaksinlərin sayı 671, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 125-dir. Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 772 min 490, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 356 min 988, ikinci mərhələ üzrə 4 milyon 854 min 386, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 311 min 403, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 249 min 713-dür.

CANLI YAYIM