Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrana rəsmi səfərə yola düşüb.
Bu barədə XİN-in mətbuat xidməti tviterdə məlumat yayıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun İran rəsmiləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Ceyhun Bayramov səfər çərçivəsində İran Prezidenti İbrahim Rəisi, parlamentin sədri Məhəmməd Bağır Qalibaf və həmkarı Hüseyn Əmirabdullahianla görüşəcək.