Bakı-Şamaxı-Yevlax-Aşağı Güzdək avtomobil yolunun tikintisinə pul ayrılıb - SƏRƏNCAM

Bakı-Şamaxı-Yevlax-Aşağı Güzdək avtomobil yolunun tikintisinə pul ayrılıb -SƏRƏNCAM

4 İyul, 13:59 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev iyulun 4-də “Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

CANLI YAYIM