“Sürix” – “Qarabağ” oyununun hakimləri açıqlanıb

“Sürix” – “Qarabağ” oyununun hakimləri açıqlanıb

13 İyul, 15:41 Sosial mediada paylaşın:

İsveçrədə “Sürix”-“Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün təyinatlar açıqlanıb.

“Letsiqrund” stadionundakı qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Allard Lindhouta Çarlz Sxap və Roy De Nas laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Jerön Mansxot yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 27-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İlk matç iyulun 19-da Bakıda olacaq.

CANLI YAYIM