TƏBİB meymunçiçəyinin əlamətlərini açıqlayıb

TƏBİB meymunçiçəyinin əlamətlərini açıqlayıb

4 Avqust, 15:30 Sosial mediada paylaşın:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) meymunçiçəyi xəstəliyinin simptomlarını açıqlayıb.

TƏBİB-in məlumatında bildirilib ki, meymunçiçəyi virusunun əlamətləri başağrıları, bədənin hər hansısa hissəsində yaranan qabarıq səpgilər, yüksək hərarət, düz bağırsaqda iltihab və ağrı, limfa düyünlərində şişkinlik və əsasən bel ağrıları ilə özünü büruzə verə bilər.

Əgər meymunçiçəyi xəstəliyinə yoluxduğunuzu düşünürsünüzsə, həkiminizlə əlaqə saxlayın. Daha sonra həkim tövsiyəsinə uyğun olaraq meymunçiçəyi ilə bağlı test verin.

Meymunçiçəyindən qorunmaq üçün əllərinizi tez-tez sabun ilə yuyun, dezinfeksiyaedici vasitələrdən istifadə edin. Xəstəliyin simptomlarını hiss etdiyiniz insanlarla ünsiyyətdən çəkinin, onlarla aranızda fiziki məsafə saxlayın.

CANLI YAYIM