Laçında mərmi aşkarlanıb

Laçında mərmi aşkarlanıb

19 Sentyabr, 11:08 Sosial mediada paylaşın:

İşğaldan azad edilmiş ərazilərdə Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Zerti kəndi ərazisində mərmi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

CANLI YAYIM