Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında hər cür şərait yaradılıb

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında hər cür şərait yaradılıb

28 Sentyabr, 16:14 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə tanış olublar.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, bina 1970-ci illərdə inşa edilib. Burada bərpa və yenidənqurma işlərinə 2021-ci ilin iyununda başlanılıb. Binada ümumilikdə 41 iş otağı var. Burada əməkdaşların yüksək səviyyədə çalışması üçün hərtərəfli şərait yaradılıb. Binada, həmçinin akt və iclas zalları da mövcuddur.

CANLI YAYIM