AzTV-nin Analitik qrupu Göyçayda - Tamaşaçıların rəy və təklifləri dinlənildi

AzTV-nin Analitik qrupu Göyçayda - Tamaşaçıların rəy və təklifləri dinlənildi

21 Oktyabr, 15:38 Sosial mediada paylaşın:

Televiziya tamaşaçılarının rəy və təkliflərini dinləmək, yeni və mövcud verilişərdə onlardan istifadə etmək önəmlidir. Azərbaycan Televizyasının Analitik qrupu bu məqsədlə Göyçayda olub. Göyçaylılarla görüşdə AzTV, “İdman” və “Mədəniyyət” kanallarının, Azərbaycan Radiosunun verilişləri barədə məlumat verilib.

Görüşdə qeyd olunub ki, tamaşaçılarına müxtəlif sahələrlə bağlı maraqlı verilişlər təqdim etməyə çalışan Azərbaycan Televiziyası ədəbi dilin, milli dəyərlərin qorunmasına xüsusı önəm verir. Eyni zamanda, bu ideoloji işin tərkibi kimi tamaşaçılardan gələn bütün təklifləri də verlişlərin hazırlanması prosesində ümumiləşdirib nəzərə almağa çalışır.

Görüşdə Azərbaycan Televiziyasında aparılan islahatlar barədə də göyçaylı tamaşaçılara məlumat verilib. Eyni zamanda, tamaşaçı olaraq tədbir iştirakçılarının da fikri dinlənilib.

Onu da qeyd edək ki, Göyçay görüşünün nəticələri haqda Analitik qrup təkliflər hazırlayacaq.

CANLI YAYIM