İranda etiraz aksiyalarının 46-cı günü: 450 nəfər ölüb

İranda etiraz aksiyalarının 46-cı günü: 450 nəfər ölüb

31 Oktyabr, 11:26 Sosial mediada paylaşın:

İranda Məhsa Əmininin polis nəzarətində ölümündən sonra baş qaldıran rejim əleyhinə etiraz aksiyaları 46 gündür davam edir.

200-dən çox şəhərə yayılan nümayişlərdə, bəzi məlumatlara görə, polis müdaxiləsi nəticəsində həyatını itirənlərin sayı 450-yə çatıb. 25 mindən çox etirazçının hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı bildirilir. İslam İnqilabı Keşikçiləri Korpusununun xəbərdarlığına məhəl qoymayaraq ölkənin dörd bir yanında yürüş keçirən tələbələr və narazı sakinlər ali dini lideri hədəf alaraq “diktatora ölüm” və “azadlıq” şüarları səsləndiriblər. Bəzi şəhərlərdə polisin yenidən etirazçılara qarşı odlu silah tətbiq etdiyi bildirilir.

CANLI YAYIM