Ağdamda tələ-mina aşkarlandı

Ağdamda tələ-mina aşkarlandı

3 Noyabr, 12:58 Sosial mediada paylaşın:

Ağdamda 4 minadan ibarət tələ-mina aşkarlanıb.

ANAMA-nın məlumatında bildirilib ki, Ağdamın Orta Qərvənd kəndi ərazisində aparılan təmizləmə əməliyyatları zamanı mülki təyinatlı ərazilərin ətrafında tank əleyhinə TM-62P3 minasının üzərinə piyada əleyhinə PMN-2 minasının, eləcə də 3 üst-üstə yerləşdirilən tank əleyhinə TM-62P3 minasının üzərinə 1 piyada əleyhinə PMN-2 minasının yerləşdirilməsi faktları aşkarlanıb. Tərkibində 7 kq partlayıcı maddə olan tank əleyhinə mina texnikanın sıradan çıxarılması üçün nəzərdə tutulub.

Tank və piyada əleyhinə minalardan ibarət üst-üstə qoyulan tələ-minaların partlayışı nəticəsində nəinki insanın sağ qalma ehtimalı, hətta texnikanın hər hansı bir hissəsinin yararlı halda qalması sıfıra bərabərdir.

ANAMA vətəndaşlara bir daha müraciət edərək bildirir ki, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmasınlar, yalnız təyin olunan marşrutlardan istifadə etsinlər.

CANLI YAYIM