AzTV Qarabağ müharibəsi ilə bağlı “Mistika” adlı serial çəkəcək

AzTV Qarabağ müharibəsi ilə bağlı “Mistika” adlı serial çəkəcək

18 Noyabr, 14:20 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziyası tərəfindən cari ildə müxtəlif mövzularda 42 bədii və sənədli film istehsal edilib. Bu ilin sonuna qədər bu rəqəmin 50-yə çatdırılmasını planlaşdırırıq”. 

Bu fikirləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov Bədii Şuranın növbəti iclasında səsləndirib.

O, 2023-cü ildə 80 bədii və sənədli filmin istehsal olunacağını qeyd edib.

Bildirilib ki, ilin sonunda Azərbaycan Televiziyasında elektron arxiv sistemi də tətbiq ediləcək. Orta və qısa dalğalarda yayımlanan Azərbaycan Beynəlxalq Radiosu üçün FM dalğasında əlavə tezlik alınacaq və yaxın gələcəkdə efirə buraxılacaq.

İclasda, həmçinin Azərbaycan Televiziyası tərəfindən 2023-cü ildə çəkiləcək “Atabəylər” və Qarabağ müharibəsindən bəhs edən “Mistika” adlı serial haqqında da məlumat verilib.

Bədii Şura üzvləri Azərbaycan Televiziyası, “Mədəniyyət” və “İdman” kanallarında nümayiş olunan verilişlərlə, o cümlədən Azərbaycan Radiosunda yayımlanan proqramlarla bağlı fikir mübadiləsi aparıblar.

Ülviyyə Heydərova

CANLI YAYIM