Azərbaycan və İsrailin müdafiə nazirləri arasında telefon danışığı olub

Azərbaycan və İsrailin müdafiə nazirləri arasında telefon danışığı olub

20 Noyabr, 17:29 Sosial mediada paylaşın:

Noyabrın 20-də İsrailin müdafiə naziri Benyamin Qans Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, telefon danışığı əsnasında tərəflər ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar. İsrailin müdafiə naziri Azərbaycana səfərini məmnunluqla xatırlayıb.

Benyamin Qans Azərbaycan-İsrail münasibətlərinin dostluq və qarşılıqlı etimada əsaslandığını qeyd edib, Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması qərarına görə təşəkkürünü ifadə edib.

CANLI YAYIM