“Onlar Ukraynadan qisas almaq istəyirlər” - Zelenski

“Onlar Ukraynadan qisas almaq istəyirlər” - Zelenski

29 Noyabr, 15:23 Sosial mediada paylaşın:

Rusiya-Ukrayna müharibəsi davam edir.

Bu gün ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın hücumlarından sonra Ukraynanın enerji sistemini bərpa etmək üçün ona yeni yardım göstəriləcəyini açıqlayacaq.

Bu barədə “Reuters” agentliyi ABŞ Dövlət Departamentinin rəsmisinə istinadən məlumat yayıb. Bildirilir ki, Vaşinqton Rusiyanın raket zərbələri nəticəsində zədələnmiş yüksək gərginlikli elektrik ötürücü stansiyalarının bərpasına kömək etmək üçün ABŞ-nin kommunal xidmətlər və avadanlıq təchizatçıları, eləcə də Avropa ölkələri ilə işləyir.

Dnepropetrovsk vilayəti yenidən raket hücumuna məruz qalıb. Vilayətə bir neçə mərmi atıldığı bildirilir. Mərmilər özəl müəssisələrdən birinə düşüb. Hadisə yerində yanğın baş verib. Hücumun təfərrüatı araşdırılır. Xarkov və Zaporojye vilayətlərində də gecəboyu partlayış səsləri eşidilib. Yerli icra orqanları hava həyəcanı elan edib.

Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi videomüraciətində bildirib ki, təkcə son bir həftə ərzində Rusiya  qoşunları Xerson və onun ətrafını 258 dəfə atəşə tutub, 30 yaşayış məntəqəsinə hücum edib. Raket zərbələri nəticəsində Nikolayevi su ilə təmin edən nasos stansiyasına ciddi ziyan dəyib. Zelenski vurğulayıb ki, Rusiya  ordusu Dnepr çayının sol sahilini tərk edərək Xersondan geri çəkilsə də, indi qarşı sahildən atəş açır. “Dağıntılar. Onların geridə qoyduqları yalnız budur. İndi Ukraynaya qarşı etdikləri isə onların qisas almaq cəhdidir” deyə Ukrayna lideri bildirib.

“Ukrayna heç vaxt xarabalıq məkanı olmayacaq. Ukrayna Moskvadan gələn bu yoldaşların əmrlərini heç vaxt qəbul etməyəcək. Biz işğalçılar tərəfindən dağıdılan hər bir obyekti, hər evi, hər bir müəssisəni bərpa etmək üçün hər şeyi edəcəyik", - deyə Zelenski bildirib.

CANLI YAYIM