Türkiyənin “F-16” təyyarələri Azərbaycanda keçirilən birgə təlimlərə cəlb edilib

Türkiyənin “F-16” təyyarələri Azərbaycanda keçirilən birgə təlimlərə cəlb edilib

6 Dekabr, 10:17 Sosial mediada paylaşın:

Azərbaycan-Türkiyə birgə təlimlərinə Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” qırıcıları cəlb edilib.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin feysbuk səhifəsində məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

CANLI YAYIM