AzTV rəğbət bəslənən köhnə ənənəsini bərpa edir - YENİ İL AXŞAMI "TELEVİZOR"A BAXIN!

AzTV rəğbət bəslənən köhnə ənənəsini bərpa edir - YENİ İL AXŞAMI "TELEVİZOR"A BAXIN!

30 Dekabr, 11:19 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Yeni il ilə bağlı köhnə ənənəni geri qaytarır.

“Sabah” Yaradıcılıq Studiyası bayramla bağlı “Televizor” adlı film ərsəyə gətirib.

Studiyanın bədii rəhbəri və filmin prodüseri olan xalq artisti Ramiz Həsənoğlu bildirib ki, “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”, “Qatarda” və s. tamaşalar geniş auditoriya tərəfindən böyük rəğbətlə qarşılandığı üçün yenidən köhnə ənənəni geri qaytarmaq qərarına gəlmişik.

Filmin ssenarisi Xalq yazıçısı Elçinin “Gül dedi bülbülə” hekayəsinin motivləri əsasında yazılıb.

Yaradıcı heyət hesab edir ki, çəkiliş prosesi 3 aya yaxın davam edən film böyük maraq doğuracaq.

Filmin quruluşçu rejissoru Sirac Mustafayev, quruluşçu operatoru Eldar Məmmədov və prodüseri Ramiz Həsənoğludur.

 

Film 1 yanvar saat 18:40-da AzTV-də yayımlanacaq.

 

Filmin anonsu:

https://www.youtube.com/watch?v=gae9RgFUR-I&ab_channel=AZTV

 

Xalq artisti Ramiz Həsənoğlunun müsahibəsi:

https://www.youtube.com/watch?v=2C2Id5WOTpY&ab_channel=AZTV

CANLI YAYIM