Prezident İlham Əliyev ukraynalı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev ukraynalı həmkarına başsağlığı verib

18 Yanvar, 22:20 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması ilə əlaqədar Ukrayna Prezidenti Volodimir Zelenskiyə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir: "Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

CANLI YAYIM