Etirazların 42-ci günü: sülhməramlılara məxsus avtomobil karvanının aksiya ərazisindən keçidinə şərait yaradılıb

Etirazların 42-ci günü: sülhməramlılara məxsus avtomobil karvanının aksiya ərazisindən keçidinə şərait yaradılıb

22 Yanvar, 13:31 Sosial mediada paylaşın:

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 42-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

Bu dəqiqələrdə sülhməramlılara məxsus 10 yük, 3 minik avtomobili olmaqla 13 avtomobilin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkətinə şərait yaradılıb.

Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir. Ərazidən keçən yol humanitar məqsədlər üçün açıqdır.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

CANLI YAYIM