XİN İrandakı səfirliyimizə hücumla bağlı məlumat yaydı

XİN İrandakı səfirliyimizə hücumla bağlı məlumat yaydı

27 Yanvar, 10:47 Sosial mediada paylaşın:

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücumla bağlı məlumat yayıb.

Məlumatda deyilir:

"Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

 Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

 Hazırda bu xain hücum üzrə araşdırma gedir.

 Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 Allah şəhidimizə rəhmət eləsin!"

CANLI YAYIM