Kamçatkada Şiveluç vulkanının külü 500 kilometr əraziyə yayılıb

Kamçatkada Şiveluç vulkanının külü 500 kilometr əraziyə yayılıb

11 Aprel, 09:48 Sosial mediada paylaşın:

Kamçatkada Şiveluç vulkanı püskürüb, nəticədə yaranan kül buludu 500 kilometr şimal-qərbə doğru yayılıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutundan məlumat verilib.

“Kül buludu Şiveluçdan 500 kilometr şimal-qərbə doğru uzanır və yayılmağa davam edir. Hazırda Ust-Kamçatski vilayətinin Klyuçi və Kozırevsk kəndlərində kül yağıntıları intensivləşir”, - institutun direktoru Aleksey Ozerov bildirib.

CANLI YAYIM