Kreml Moskva görüşünün məhsuldar olacağı qənaətindədir

Kreml Moskva görüşünün məhsuldar olacağı qənaətindədir

23 May, 17:22 Sosial mediada paylaşın:

Rusiya Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşünün müsbət nəticələnəcəyi qənaətindədir.

Bu barədə “Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual məsələləri” mövzusunda dəyirmi masa çərçivəsində azərbaycanlı jurnalistlərə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın qarşıdakı Moskva görüşünü şərh edən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin rəsmi nümayəndəsi deyib: “Biz nəticələrin olacağına ümid etmək istərdik. Bu nəticələrin hansı dərəcədə müsbət olacağını zaman göstərəcək”.

D.Peskov, həmçinin Rusiya və Azərbaycan kütləvi informasiya vasitələri nümayəndələrinin dialoqunun əhəmiyyətini qeyd edib. O vurğulayıb: “KİV-lərin xətti ilə qarşılıqlı fəaliyyət bizim ikitərəfli münasibətlərimizin ümumi kompleksinin mühüm tərkib hissəsidir. Biz hesab edirik ki, bu, davam edəcək və genişlənəcək. KİV-lər gündəlikdə duran məsələlərlə bağlı suallar verməli və həmin suallara cavab almalıdır. Bu, ümumi prosesə kömək edəcək”.

CANLI YAYIM