"Əl-Cəzirə" AzTV-də

"Əl-Cəzirə" AzTV-də

10 İyun, 08:29 Sosial mediada paylaşın:

“Əl-Cəzirə” telekanalının sənədli filmlər üzrə direktoru Ahmed Mahfouz, Layihə planlama müdiri Adel Ksiksi və eyni zamanda, Beynəlxalq Avrasiya Fondunun prezidenti Umud Mirzəyev “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədovla görüşüb.

Görüşdə qarşıda duran vəzifələr və birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Qonaqlara Azərbaycan Televiziyasında istehsal olunan sənədli filmlər və yeni layihələr haqqında məlumat verilib. Eyni zamanda, Azərbaycan Televiziyasının son illərdə əldə etdiyi uğurlardan söhbət açılıb.

Əməkdaşlıq çərçivəsində Azərbaycanın tarixini özündə əks etdirən sənədli filmlərin çəkilməsinin vacibliyini qeyd edən qonaqlar Televiziyanın "Qızıl Fond"unda aparılan rəqəmsallaşma prosesi və Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş əməkdaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər Kompleksi ilə də tanış olublar.

CANLI YAYIM