Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində daha bir nəfərin meyiti tapılıb.
Bu barədə "CNN Türk" məlumat yayıb.
Məlumata görə, həlak olanlardan biri generaldır. O, təlimə komandirlik edirmiş.
Qəzaya səbəb kimi təlim zamanı iki helikopterin biri-birinə toxunması göstərilir. Təmasdan sonra helikopterlərdən biri qəzaya uğrayıb, digəri isə təhlükəsiz şəkildə endirilib.